Tuesday 14 February 2012

Seçki platformam


Qısa tərcümeyi-halım

1987-ci ildə Gəncə şəhərində anadan olmuşam. Orta məktəbi Gəncədə oxumuşam və 2005-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasınin "İqtisadiyyat, BİM və Menecment" fakultəsinə daxil olmuşam. II kursda oxuyanda ictimai-siyasi fəaliyyətimə görə akademiyadan xaric olunmuşam. 2008-ci ildə yenidən imtahan verərək Azərbaycan Turizm İnstitutuna qəbul olmuşam. 

İndiyə qədərki fəaliyyətim:

2005-ci ildən ictimai-siyasi sektordayam. İlk fəaliyyətim Dalğa Gənclər Hərəkatından başlayıb.

2006-cı ilin oktyabrında həmin hərəkatın sədri seçilmişəm və 2007-ci ilin oktyabrına qədər təşkilatda olan aktiv gənclərlə bir il müddətində təşkiatın tanınması, gənclərin aktivliyinin artırılması üçün müəyyən qədər işlər gördük.


2008-cu ildə bir qrup gənclə Yaşıl Velosipedçilər Klubunu yaratdıq və il yarım YVK-nın İdarə heyyətinin üzvü oldum.

2010-cu ilin aprelindən dekabrınadək Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin regionlarla iş üzrə meneceri işləmişəm.

2011-ci ilin yanvarında da 5 tələbə ilə Azad Gənclik Təşkilatını təsis etdik və 2012-ci ilin yanvarına qədər təşkilatın sədri oldum.

Hazırda Azərbaycan Turizm İnstitutunda təhsil alıram və institutumuzu hüquqlarımı pozduğuna görə məhkəməyə vermişəm :). 

Sədr seçiləcəyim halda fəaliyyətimin qısa təsviri:

Sunday 5 February 2012

"Gəncədən gəlirəm, ..." silsiləsindən - Eşitdiklərim, gördüklərim

Təməli qanunsuz mülk söküntüləri ilə qoyulan məhkəmələrimiz


Gəncədə Nizami Rayon Məhkəməsinə yeni bina tikdilər. Tikinti məhkəmənin əvvəlki ərazisində başlamışdı. Sonra binanın yanında olan özəl mülkləri (mağazalar) də sökməyə başladılar ki, məhkəmə binasının görünüşünə mənfi təsir edir. Gəncədə işin içində olan bir adamın dediyinə görə mülk sahiblərinin sənədləri qaydasında imiş və sahibkarların etirazlarına baxmayaraq mülklər sökülüb.

Bu məsələ ilə baglı bir dostumla söhbətləşirdik. Mən də dedim ki, mülk sahibləri icra hakimiyyətini, aidiyyatı qurumları məhkəməyə versinlər, ən pis halda Avropa Məhkəməsində öz xeyirlərinə nəticə əldə edəcəklər. Sonra ortaya paradoksal bir vəziyyət çıxdı. O mülk sahiblərinin müraciət ətməlı olduğu məhkəmə elə onların evlərinin sökülməsinə səbəb olan məhkəmədir. Adam mülkünün sökülməsinə səbəb olan məhkəməyə söküntünün qanunsuz olması barədə şikayət etməlidir.