![]() |
| 88-90-cı illər hərəkat mitinqləri |
Bu yaxınlarda Kino Klubunda "Kağıt" filminə baxdıq. Filmi türk rejissor Sinan Çetin çəkib. Əsas ideya odur ki, elə qayda-qanunlar var onların heç bir əhəmiyyəti yoxdur, sadəcə kağız parçasından ibarətdir. Hətta ola bilər ki, bu kağız parçaları insanları bədbəxt edə bilər. Qanunlar ona görə yazılır, qəbul edilir ki, onlar vətəndaşların yaşayışını sadələşdirsin, rahatlaşdırsın. Ancaq bu tip qayda-qanunlar əksinə, vətəndaşların həyatına maneə yaradır, əlavə problemlər çıxarır, azadlıqlarını məhdudlaşdırır.
Bizdə belə bir təfəkkür formalaşıb ki, qanun belədirsə, ona qarşı çıxmaq olmaz. Dövlət qəbul edib bunu. Yəni, "dövlətlə dövlətçilik etmək olmaz". Amma Azərbaycan kimi avtoritar ölkələrdə qanunlar hakimiyyətin, kralın vətəndaşları idarə etməsi üçün vasitədir. Elə bununçün də əksinə qanunlara, əhəmiyyətsiz qaydalara qarşı çıxıb, normal qanunların qəbuluna nail olmaq lazımdır. Necəki, köhnəlmiş qanunlar cəmiyyətin istəyi, tələbi ilə yenilənir, təkmilleşdirilir.
