Sunday 29 January 2012

Qlamur tarixi abidələrimiz və vətənşüvənlərimiz

Tarixi abidələri dağıdırlar, şumlayırlar, guya restovrasiya edirlər. İçərişəhərdə artıq tarix adına heçnə qalmayıb. Yerlərində qlamur kafelər, otellər tikilir. Birazdan qala divarlarını da qlamurlaşdıracaqlar.

Tuesday 17 January 2012

Polis xalqdandırmı? // VİDEO

Bu yaxınlarda yazdığım bloq qeydinə təkrar göz atanda fikirləşdim ki, mən niyə bu yazının adını "Mənim polisim məni bezdirib" qoymuşam? Axı bu polislərin mənə, bizə, insanlığa, ədalətə heç bir aidiyyatı yoxdur. İndiyə qədər nə vaxt bu qarınlı dayılar, qolu zorbalı ataabdullayevlər, barmaqsındıran süleymannemətovlar, mitinq qəhrəmanı vilayəteyvazovlar sadə vətəndaşların hüquqlarını qoruyub, təhlükəsizliklərini təmin ediblər? 2003-cü, 2005-ci illərdəki mitinqlərdən videolara baxanda dəhşətə gəlirəm. Sona qədər baxa bilmirəm.


Bu il baş verən bir qısa hadisəni yazmaq istəyirəm. Keçən il 30 apreldə ADNA-da baş verən terror hadisəsi ilə bagli  Azad Gənclik Təşkilatı,  Nida Vətəndaş Hərəkatı və 10 Dekabr Gənclər Təşkilatı anım təşkil etmişdi. Amma DİN əvvəldən elan etdiyimiz tədbirə mitinq adı qoyub anım keçirməyimizə əngəl yaratmaq istəyirdi (halbuki, mitinq keçirmək də bizim konstitusion hüququmuzdur). Biz də məcbur olub DİN-ə müraciət etdik ki, biz anım təşkil edirik, siz də bizim təhlükəsizliyimizi təmin edin. Müraciəti göndərəndən 2-3 gün sonra müraciətə imza atanlara Daxili İşlər Nazirliyindən zəng edib cavab verdilər guya. Bir polkovnik mənə zəng elədi və salam, sağ oldan sonra (nə yaxşı ki, onu etdi, gözləmirdim) dedi:

Thursday 12 January 2012

Ölkə daxilində olar, xaricdə olmaz, açması nədir? - Azərbaycan həqiqətləri!

"Mən ümumiyyətlə Azərbaycan kanallarına baxmıram"

Etiraf etmək lazımdır ki, AzTV 18 ildir öz işini layiqincə yerine yetirir. Hakimiyyətin propaqandası, korrupsiyaya bulaşmış təhsil sistemi yaratmaqla müəyyən bir manqurt təbəqə yetişib ki, Pider TV-nin, PAzTV-nin təsiri altındadırlar. Özləri bunu etiraf etməsə də, başqalarının yanında "Mən ümumiyyətlə Azərbaycan kanallarına baxmıram" desələr də, ağızlarını açıb "paztv" dili ilə danışmağa başlayanda hər şey aydın olur.
 


Elə bilirdim bu söhbətlər səngiyib. Amma son zamanlar bir neçə dəfə yenidən eşidənnən sonra fikirləşdim ki, hələ də aktualdı bu tezislər. Oğru yappilərin "həqiqət çemodanları"nda olan tezislərdən biri də budur: "Ölkə daxilində iqtidarı nə qədər tənqid edirsiz edin, amma xarici ölkələrə gedəndə hakimiyyəti tənqid edib, ölkədəki problemləri dilə gətirmək olmaz. Bu ölkənin imicinə zərbədir. Vətənimiz, canımız, qanımız Azərbaycanımız xaricdə pis tanınmasın."