Tuesday 28 June 2011

07-yə oxşayan BTR-lərimiz və müxalifətçiləri izləyən pilotsuz təyyarələrimiz






26 İyun Milli Ordu Günündə hərbi parad keçirildi. Paradı dostumla pAzTV-dən izlədik. Hərbi texnika Azadlıq Meydanından keçəndə Elvinlə həm həyəcan keçirirdik ki, bu dəqiqə ya hansısa kamazın, BTR-in təkəri altından çıxacaq, ya da tankın, BMP-nin tırtılı qırılacaq və ermənilərin yanında biabır olacıq. Nə olsun ki, texnikanın təkərləri naşərabla qaraldılmışdı? O qədər təkəri kola, naşərab ilə qaraldılmış 07-nin təkəri altından çıxıb ki.

Bir tərəfdən də bizi gülmək tutmuşdu ki, bu qiriq-şaqqax, tustusundən cin hürkən, Azadlıq Meydanındakı pAzTV operatorlarını hallandıran tank, BMP, BTR, kamazlarla ermənilərə xox gəlirik?


Əksinə, gülməli vəziyyətə düşürük. Guya hələ parada çıxarılan texnika, silah müasirlər, yeni alınmışlar idi. Parada çıxarılan silahlar bu vəziyyətdədirsə, onda görün döyüş xəttində olan silahlar nə gündədir. Motorları yağ yeyən, tüstüsü pAzTV kadrlarından gözümüzə girən maşınlarla müharibə edəcəyik?

Yaparteidlər Rusiyadan, Belarusdan köhnə, istifadə müddəti başa çatmaqdan olan silahları, təyyarələri, vertolyotları alırlar. Azərbaycan ancaq maliyyənin həcmini artırır, keyfiyyəti yox.

Yaparteidlər özlərinə ermənilərdən daha çox müxalifətçiləri, müxalif düşüncəni düşmən hesab edirlər. Ona görə də ən müasir texnikanı orduya yox, müxalifətçilərin cinsi əlaqəsini, masurbasiyasını çəkmək, telefon danışıqları dinləmək üçün alırlar.

Hərbi paradda xüsusi təyinatlı dəstələr keçən diktor deyir: "bunlar da daxili sabitlik üçündür". Müxaliftçilər üçün tək xüsusi təyinatlılar yoxuydu paradda. Yadınızdadırsa, zaparojestlərimiz İsraildən pilotsuz təyyarələr almışdı. Bunlar erməniləri izləmək üçün yox, müxalifətçiləri daha yaxşı izləmək, hardan hara getdikləri daha dəqiq bilməkçün alınıb. Onsuzda İlham Əliyev də bilir ki, müharibə olası deyil. Ondansa elə yararlı cihazlar, silahlar almaq lazımdır ki, müxalifətə qarşı istifadə edə bilsinlər.

Bəlkə yaparoidlər indiyə qədər müxalifətçilərə edilən təzyiqlər, sanksiyalar qədər ermənilərə təzyiq, sanksiya etsəydilər, Qarabağı alıb öz həyətyanı sahələrinə çevirərdilər. Sadəcə əsas "düşmən" imkan vermir ki, vermir.