Thursday 20 October 2011

Dövlətlə dövlətçilik etmək olmaz?

88-90-cı illər hərəkat mitinqləri
Bu yaxınlarda Kino Klubunda "Kağıt" filminə baxdıq. Filmi türk rejissor Sinan Çetin çəkib. Əsas ideya odur ki, elə qayda-qanunlar var onların heç bir əhəmiyyəti yoxdur, sadəcə kağız parçasından ibarətdir. Hətta ola bilər ki, bu kağız parçaları insanları bədbəxt edə bilər. Qanunlar ona görə yazılır, qəbul edilir ki, onlar vətəndaşların yaşayışını sadələşdirsin, rahatlaşdırsın. Ancaq bu tip qayda-qanunlar əksinə, vətəndaşların həyatına maneə yaradır, əlavə problemlər çıxarır, azadlıqlarını məhdudlaşdırır. 

Bizdə belə bir təfəkkür formalaşıb ki, qanun belədirsə, ona qarşı çıxmaq olmaz. Dövlət qəbul edib bunu. Yəni, "dövlətlə dövlətçilik etmək olmaz". Amma Azərbaycan kimi avtoritar ölkələrdə qanunlar hakimiyyətin, kralın vətəndaşları idarə etməsi üçün vasitədir. Elə bununçün də əksinə qanunlara, əhəmiyyətsiz qaydalara qarşı çıxıb, normal qanunların qəbuluna nail olmaq lazımdır. Necəki, köhnəlmiş qanunlar cəmiyyətin istəyi, tələbi ilə yenilənir, təkmilleşdirilir.

Əgər qaydalarla, sərəncamlarla, qanunlarla, fərmanlarla vətəndaşları əzirlərsə, onların azadlıqlarını məhdudlaşdırırlarsa, vətəndaşlar da ona qarşı çıxmalıdırlar. Təhsil haqları qaldırılırsa, toplaşma azadlığı məhdudlaşdırılırsa, azad sahibkarlığa qanunvericiliklə problemlər yaradılırsa, bu qanunlara tüpürmək, dəyişdirilməsini tələb etmək lazimdir! Bu qanunlar avtoritar ölkədə qəbul edilirsə (necə ki, 2009-cu il referendumunda "monarxiyaya dönüş" maddələri qəbul edildi, 2010-cu ildə seçki məcəlləsi biabırçı vəziyyətə salındı, 2011-ci ildə təhsil haqları fantastik həddə artırıldı və s.), cəmiyyətin inkişafında ciddi bariyer olan belə  qanunların dəyişdirilməsində vətəndaşlar daha aktiv iştirak etməlidirlər.
"KQB"

Demokratik ölkələrdə belə hallar tez-tez baş verir. Qanunlar vətəndaşların əleyhinə işləməyə başlayanda, onlar aksiyalar, mitinqlər keçirib həmin qanunların ləğvini tələb edirlər. Bunu Yunanistanda, Fransada bir necə il əvvəl tələbələrin etiraz aksiyaları zamanı gördük.

“Dövlətlə dövlətçilik etmək olmaz” tesizi sovet dövründə KQB təfərindən hazırlanıb buraxılmış tezislərdəndir. Yəqin siz də az eşitməmisiz valideynlərinizdən, qohumlarınızdan, tanışlarınızdan belə sözlər.  Bizim yappilər də belə tezislərdən istifadə edirlər. Bir az da sovet təfəkkürlüdürlər axı. Belə tezislər buraxırlar ki, insanların müqavimət ruhu olmasın, özbaşınalıqlara qarşı vətəndaş mövqeyi sərgiləməsin, həyatlarını "yola verməklə" məşğul olsunlar. Ona görə də, bizimki kimi avtoritar rejimlərdə heç vaxt ölkənin inkişafında maraqlı olmayan hakimiyyətə inanmaq olmaz. 

No comments:

Post a Comment