Sunday 18 November 2012

Mehman Hüseynov, Səyyad Əlizadə və Turxan Qarışqa. İnternetin gücü

Daima internetin ziyanlarınnan dəm vuran TV-lər indi onun dalınca düşüblər 

İstəyirəm bu gün ATV-də Mehmanın iştirak elədiyi verilişlə bağlı bir-iki fikrimi yazım.

Mehman hazırladığı möhtəşəm videolardan biri ilə yenə gündəmdə idi və onu ATV verilişə çağırmışdı. 

Mehman həmişəki kimi öz havasında idi. Hər yerə gecikdiyi kimi, verilişə də gecikmişdi. Efir canlı idi, aparıcı da deyirdi ki 1 dəqiqəyə gəlir. Day o bilmirdi ki, 1 dəqiqə Mehman üçün 15-20, yarım saatdır. Tanıyanlar bilir. Kiminlə görüş təyin edirsə, gecikəndə deyir 1 dəqiqəyə gəlirəm, amma yarım saata gəlir. Bu gün də ənənəsinnən geri qalmadı, Səyyad boyda saçına, saqqalına kraska qoyan kişini gözlətdi :D Əminəm ki, aparıcı verilişin başlamasına 10-15 dəqiqə qalmış zəng edib Mehmana, Mehman da həmin vaxtdan stiduyaya girdiyi vaxta qədər deyib ki, 1 dəqiqəyə çatıram :D.

Verilişə baxdım, bir neçə müşahidəmi yazıram.


Səyyad Əlizadə Mehmanın videosu nümayiş olunanda guya etiraz olaraq sifətini monitorun əksi istiqamətinə çevirmişdi, amma başı ilə ritm tuturdu (09:24), deyəsən xoşuna gəlmişdi. Bəlkə də manıs Mehmanın üstünə o qədər çox düşmədi ki, qoy belə də yayılsın video. 

"Mehman da bizim azyaşlı qardaşımızdı"

Görmüşük ki, manıs və civi tayfası çox həyasız olurlar. Amma Mehman onnardan həyasız çıxdı. Efir təcrübəsi olmayan Mehman illərin təcrübəli hoqqabazları qarşısında dirəşib üzr istəmədi. Ona görə Mehmanı gördüyüm adamların içində ən həyasız tip elan edirəm :D. 

Aparıcı da arada Mehmana itələdi, deyir Səyyad müəllim, Mehman da az yaşlı qardaşımızdı :D
Sonra da başladı Mehmana balaca uşaqlar kimi dərs keçməyə, bir az da danlayan kimi. Aşağıdakı şəkildən görsənir. Amma onlar Mehmanı tanımadıqları üçün elə bilirdilər ki, onların sözləri, ağzaqqal, ağbirçək məsləhətləri Mehmana təsir edir. Bilmirdilər ki, onların köhnəlmiş, gic-gic məsləhətləri Mehmanın əlindəki mikrofonuna da deyil heç :D 


Amma deyəsən Mehman aparıcının xoşuna gəlmişdi deyəsən. “Caan, bəli!” zad deyirdi. Onu deyəndə elə bildim aparıcı Mehmanın ağzına düşəcək :D. Elə yaxınlaşmışdı. Ya da stoldan sürüşüb yerə düşəsiydi, necə ki Sevil Nuriyeva yıxılmışdı, yaxşı qurtardı :D. 



Bu veriliş həm də onun nəticəsi idi ki, internet artıq TV-lərin evini yıxır. Özü də sürətnən! 

Hadisələrin kuliminasiya nöqtəsi isə yenə internetdə baş verdi. Mehman o verilişdən qalıb ayrıldı, amma Turxanın bir kommenti Mehmanın toyuğunu əlinə verdi. Kommentə 420 like, statusa 194 :)



Turxanla Mehmanın hesabı artıq 2-0-dı. :D

Birinci də “sex at home – sweet home” söhbətindəki məsələ idi. Bilənlər bilir. Birinci əlində toyuq məsələsi o idi. Bu da ikinci toyuq idi Mehmanın əlinə verdi Turxan.

Ya Mehman, hərəkət gözləyirik indi sənnən :D 

İntertetin gücünə qurban olum! :)


2 comments:

  1. Mehman ela pazdadin Seyyadi :D (Seyyad muellim men ele bilirdim mene tewekkur edeceksiz :D)

    ReplyDelete