Sunday, 21 August 2011

Avtobusu, taksini idarə edə bilməyənlər dövlət idarə edə bilərmi?


Badımcan taksilər gündə 70 manat plan verir?

Azərbaycanda vətəndaşların böyük əksəriyyəti ictimai nəqliyyatdan
narazıdır. Əsas da sürücülərin davranışlarından, nəqliyyat
vasitələrini idarəetmələrindən. Təbii ki, bu probləmlərin səbəbkari
nəqliyyat nazirliyi və onun strukturlarıdır. Ancaq onların heç vecinə
də deyil bu probləmlər. Çünki, bu hakimiyyət seçkilər yolu ilə
formalaşmayıb, ona görə də xalqın qarşısında özünü öhtəlik götürmüş hökumət
kimi görmür. Keçək əsas məsələyə..


Bir müddət əvvəl bir videorolik hazırlayırdıq. Rolikin kiçik bir
hissəsi taksidə çəkiləsi oldu.

Dostlarla badımcan taksilərə yaxınlaşıb dedik ki, (Kukla Teatrının
yaxınlıgında) burdan Azneftə və geri, Kukla Teatrının yanına
qayıdacağıq. 4-5 badımcan sürücüsü hərəsi bir şey deməyə başladı.

Biri dedi:
- 5 manat verin sürsün;
Sırada birinci dayanan taksinin sürücüsü:
- yox getmirəm;
Başqa biri:
- taksidə çəkilişə icazə verilmir, departamentdən izacə almalısız;
Digər badımcan sürücüsü:
- biz günə 70 manat plan veririk, bu məsafəni sürə bilmərik. Sıradan
çıxıb yenidən sıraya qayıdanda növbə gözləyənə qədər neçə saat
vaxtımız gedir, sərf eləmir və s.
Yəni, hər ağızdan bir avaz çıxmağa başladı.

Biz də bunları başa salmaga çalışırdıq ki, hökumət bu taksiləri
gətirib ki, vətəndaşlara xidmət göstərilsin. Müştəri hara istəyir
ora da aparmalısınız. 5 dəqiqəlik mübahisədən sonra sürücü bizi aparmağa candərdi razılaşdı.


Güya hökumət  bu taksiləri gətirib ki, taksometrlə işləyəcək,
sürücülər gündəlik sürdükləri kilometrə  uyğun aidiyyati quruma pul
ödəyəcəklər.. Və məsafədən asılı olmayaraq müştəri hansı ünvana
istəyəcəksə, sürücülər də müştərini həmin ünvana  çatdıracaq. Yəni,
bu taksilər büdcədən ayrılan vəsait hesabına gətirilib. Hansısa
şirkət gətirməyib ki, əsas maraq gəlir əldə etmək olsun.

Amma goründüyü kimi əsas məqsəd vətəndaşlara xidmət etmək deyil. Bu
yaparteid oliqarx məxluqların bütün ali məqsədləri pulun başinda
durduğu kimi bu taksiləri də gətirtməkdə əsas məqsədləri onlardan
pul qazanmaqdı. Taksi sürücülərinin "gündə 70 AZN plan veririk, bizə
xeyir eləmir" demələri də bunu təsdiqləyir.

Eyni dildə danışdığımız, amma vətəndaşı başa düşməyən bu
ingilisdilli azərbaycanlı badımcan sürücüləri görəsən turist kimi
ölkəyə gəlmiş polyakı, gürcünü, farsı, fransızı necə başa düşəcəklər?

Yaparteidlər turizm ilini, eurovision-i bu cür keçirəcəklər? Maşın,
avtobus gətirməklə deyil axı, onları idarə edib, xidmət göstərməyi
bacarmaq lazımdir. Avtobusu, taksini, texnikanı neft pulları hesabına
gətirmək asandır. Bu YAPplanetlilər 1000 dənə taksi, neçə min dənə
avtobus sürücüsünü də pulla Almaniyadan, Çindən, Özbəkistandan,
Koreyadan gətirəcəklər? 

3 comments:

  1. Ay yazini yazan insan, yazmamishdan evvel deqiqleshme apar. Axi yazdigini kucedeki dostun tansihin oxumur. tanimadiqlarin da oxuyur. arashdirma aparmaq isteyirsen, zeng ele shirkete. bir nece neferden sorush ve s.
    1. Bu taksilerde plan 70 man hec vaxt olmayib ve olmayacaq.
    2. Bu taksiler dovlet budcesi hesabina getirilmeyib. Shirket MMC-dir.
    3. Hansisa surucuden shikayetin varsa, zeng ele shirkete, tedbiri ele o zaman hiss edeceksen.
    4. Meqsedimiz heqiqeten yuksek xidmet gostermekdir. Hec bir shirketde personalla bizdeki qeder treyninq, psixoloji meslehet, ehaliyle ve bir-birleriyle davranish qayadalri haqqinda dersler kecirilmir.
    5. Her gun 10-a yaxin nezaretci sheherde bu suruculere diqqet edir, geyimlerinden tutmush, surmeklerine qeder. Yeri gelmishken onlari da saxlayib, oz iradalrinizi bildirin, gorduyunuz yalnishliqlarla elaqedar.
    6. Axi bilirsiniz, SSRI dovrunden Bakida Taksi medeniyyeti get gede itib. Biz bunu duzeltmeye calishiriq. Sizlerden de, bize komek etmeyenizi isteyirik. Amma bele yox. Birterefli, qerezli ve dushmencesine yanashma ile yox. Emeye saygi edin lutfen.

    ReplyDelete
  2. Ziya bey ozbasinaciliqdir? corek zad getirmeyibler ki.. Hormetli prezidentimiz shexsen ozu nezaret etmelidir. elemirse istefa versin shexsen taxilere nezaret ede bilecek adam taniyiram onu edek de prezident. olmaz axi bele

    ReplyDelete
  3. Ziya Məmmədov müəllim, deyirsiz dövlət gətirməyib taksiləri. Bəs onda taksilərin təqdimatında niyə İlham Əliyev iştirak edir? Ziya Məmmədov sizin MMC-nin sədridir? ilham Əliyevə yoldaşlıq edirdi. ölkəyə hər gətirilən taksilərin, avtobusların, texnikanın qırmızı lentini prezident kəsir?
    70 manata gəlincə, dostumdan, məhlə uşağımdan eşitməmişəm. sürücünün özü deyib. bunu kim təsdiqləyəcək? Sizin o MMC bunu təsdiqləməz.

    Şikayətə gəlincə, nəzarət edən maşınlarınızın içindəkilərin özünə nəzarət edən lazımdır. maşının içində yatırlar.

    psixoloji, mədəni treyninqlərinizin nəticəsi budur?

    ReplyDelete