Wednesday, 7 September 2011

Raufun sürəti saatda neçə km-dir? VİDEO

#twitterdecavabverecem silsiləsindən I yazı

Bloqosfer forumundakı hadisələrdən yəqin hamının xəbəri var. Əsas hekayənin kökündə Rauf adlı şəxsin (raufun öz leksikonudur) öyrəncəli hərəkəti dururdu. Bu qocalmış baş katibin leksikonuna son dövlər bir söz düşüb, KLOUNADA. Özünün xəbəri yoxdur, dəhşət tapıntıdır. Yəqin dahi rəhbəri Ceyhunun “begemot” söhbətindən sonra ilhamlanıb o da “yaradıcılıqla” məşğul olmağa qərar verib(Ceyhun yəqin bundan sonra dahi rəhbərə şərik çıxdığına görə cəzalandırar müridini . Amma bilsəydi ki, bu yaradıcılığın sonu “qaçış” olacaq, əminəm ki, dahi rəhbərinin etdiyini təkrarlamazdı.

2-3 gün əvvəl Mehmanla Raufun bloquna baxırdıq ki, bəlkə səhv edib “qaçış”ı haqda nəsə yazıb. Gördük elə bir şey yazmayıb. Amma sən demə bu qoca bir müddət əvvəl bloqunda Turqut Qəmbər, Turan İbrahimov və Xədicə xanımın iştirak etdiyi “İşdən sonra” verilişini də “klounada” adlandırıbmış. Yəqin reaksiya gəlmədiyini görüb, elə bilib ki, bu sözü hər yerdə işlətmək, kimə gəldi demək olar.

Adam nə qədər mədəniyyətsiz olar ki, özü müraciət edib, iştirak etdiyi bloqqerlərin, yeni media mütəxəssislərinin forumunu (Bloqosfer 2011) KLOUNADA adlandırsın. Həm də forum bitməmiş. Elə ilk gündəcə. Ondan soruşandakı bunu kimə deyirsən?
Cavab: Mən buna twitterdə cavab verəcəm.

İkinci dəfə yenə iştirakçılar təkid edəndə ki, burda cavab ver,

Cavab: Mən buna twitterdə cavab vermək istəyirəm (böyük qəhrəmanlıq etmək istəyirmiş).

Ayağa durub bu sözləri deyəndə hər kəs gördü ki, necə pərt olub, deməyə söz tapa bilmir.

Twitterdəki cavabı isə belə oldu: “Bloqosfer klounada deyil ), is that enough? Amma kimse hansisa kompleksine gore bu sozleri wexsi qebul edirse, it`s up to him/her”

Minnətə baxın bir . 7-8 saat sonra Raufa həsr edilən videodan sonra qaçmaq qərarına gələn, ayağa durub söz tapa bilməyən, pərt olan mən olmuşam elə bil . 

Bu qaçmaq söhbətini yazmaq bəlkə yaxşı deyildi, amma forum ərzində səsləri çıxmayan, twitterdə “cik” eləməyən, videoya əl çalan, zarafata salıb söhbətin üstündən keçən irəliçilər, bloqosfer bitəndən sonra xarakterlərinə sadiq qalaraq twitterdə, radiolarında şirə dönüblər, bloqosferə böhtan atmağa, qara yaxmağa başlayıblar. “Quş”u burax, sonra da günahını başqalarında axtar. 







2 comments:

  1. Başa düş, onlar yalnız monitor arxasından xod gedirlər. Real həyatda hamısını zadniyə - tvitterə atırlar :D

    ReplyDelete
  2. =))) Biz de onlari basha salmaga calishiriq ki, bele olmayin :P =))

    ReplyDelete