Friday 26 August 2011

Saxta mandatın "ədaləti"

Cabbar Savalanlı və Bəxtiyar Hacıyev
Gülər Əhmədovanın beynəlxalq kampaniyası

Dünən oxudum ki, Gülər Əhmədova gənclərin həbsdən azad olunması ilə bağlı kampaniyaya başlayıb. Özüdə beynəlxalq kampaniya =) =)Öldüm gülməkdən.  Kampaniya Britaniyada həbsdə olan gənclərin azadlığa buraxılması ilə bağlıdır. Saxta mandatın ədalətinə baxın bir.

Gülər Əhmədova Azərbaycanın, yoxsa Britaniyanın deputatıdır?

Deputat deyir:

"Britaniya hökumətinin tətbiq etdiyi “Sıfır dözümsüzlük” siyasəti zamanı nəinki küçədəki qarşıdurmalarda, habelə Facebook sosial şəbəkəsində Britaniya hökuməti əleyhinə şüarlar səsləndirən gənclər də təzyiqlərə məruz qalır, həbs olunurlar. Onlardan 20 yaşlı Cordan Blekşou və 22 yaşlı Perri Sitkliff-Kinanı misal göstərmək olar ki, onlar hətta küçəyə belə çıxmamış, etiraz aksiyalarında iştirak etməmiş, öz fikirlərini sadəcə Facebook sosial şəbəkəsində bildiriblər."

Gülər xanım deyəsən Azərbaycanın deputatı yox, Britaniyanın deputatıdır. Ya da biz Azərbaycanda yox, Zimbabvedə yaşayırıq. Azərbaycanda isə vəziyyət yaxşıdır. Bu yapplanetlilər o qədər ölkədiki problemlərə, hüquq pozuntularına göz yumublar, görməməzlikdən gəliblər ki, gözləri xarici ölkələrdədir. Hələ ərinmədən ultra haqq-ədalət carçısı olan bu xanım deputatımız beynəlxalq insan haqları təşkilatlarını da qınayır. O təşkilatlar ki, Azərbaycandakı insan haqları pozuntularını yaxından izləyir, bu istiqamətdə kampaniyalar aparırlar. 


Azərbaycanlı gənclər üçün niyə başlamır bu "beynəlxalq" kampaniya?

Maraqlıdır, görəsən Emin və Adnan həbs olunanda Gülər Əhmədova hansı beynəlxalq kampaniyanı aparırdı? Emin də Adnan da internetdəki fəaliyyətlərinə görə həbs olunmuşdular. Amma Gülər Əhmədova nədənsə Emin və Adnana azadlıq tələb etmədi, kampaniya başlatmadı. 

Hazırda həbsdə olan Cabbar və Bəxtiyar da aksiyaya çıxdıqlarına görə yox, əsasən internetdəki aktivliklərinə, fikirlərinə, çağırışlarına görə həbs olunublar. Hanı sizin yerli kampaniyanız, Gülər xanım? Deyəsən ancaq göylərdə olur bu deputat, yerə enib burdakı gənclərlə maraqlanmır.


Leyla Yunus, yoxsa Gülər Əhmədova?

Yəqin Gülər Əhmədova fikirləşir ki, bu kampaniya ilə Britaniya hökumətinə təzyiq edəcək. Day bilmir ki, onun mərkəz saytı heç oxunmur. Zərurət yaranmasa, o saytın şər-böhtanını oxumaq məcuriyyətində qalmasa heç kim deputatın “informasiya agentliyinə” girməz.

Kampaniyanın kim tərəfindən aparılması da insanlar tərəfindən diqqət edilən məsələdir. Biri var hansısa kampaniyanı Leyla Yunus başlatsın, biri də var Gülər Əhmədova. Hələ bu kampaniyanın necə aparıldığını, nələr edildiyini demirəm (Çünki heçnə edilməyib. Ancaq facebook-da qrup açılıb. Səmim kampaniya deyil, hakimiyyətin şüvən silsiləsi kampaniyalarındandır, ona görə). Facebook-da qrupu olan bu "beynəlxalq" kampaniyanın 78 dəstəkləyəni var idi.

2 comments:

  1. Söhbəti bilmirsən ee, Gülər Əhmədova insan haqlarının müdafiəsinə Qrinviçdən başlayıb! Gəlib bizə də çatacaq.

    ReplyDelete
  2. Anar, O gəlib bizə çatana İlham Əliyev gedəcək burdan :))

    ReplyDelete