Sunday 5 February 2012

"Gəncədən gəlirəm, ..." silsiləsindən - Eşitdiklərim, gördüklərim

Təməli qanunsuz mülk söküntüləri ilə qoyulan məhkəmələrimiz


Gəncədə Nizami Rayon Məhkəməsinə yeni bina tikdilər. Tikinti məhkəmənin əvvəlki ərazisində başlamışdı. Sonra binanın yanında olan özəl mülkləri (mağazalar) də sökməyə başladılar ki, məhkəmə binasının görünüşünə mənfi təsir edir. Gəncədə işin içində olan bir adamın dediyinə görə mülk sahiblərinin sənədləri qaydasında imiş və sahibkarların etirazlarına baxmayaraq mülklər sökülüb.

Bu məsələ ilə baglı bir dostumla söhbətləşirdik. Mən də dedim ki, mülk sahibləri icra hakimiyyətini, aidiyyatı qurumları məhkəməyə versinlər, ən pis halda Avropa Məhkəməsində öz xeyirlərinə nəticə əldə edəcəklər. Sonra ortaya paradoksal bir vəziyyət çıxdı. O mülk sahiblərinin müraciət ətməlı olduğu məhkəmə elə onların evlərinin sökülməsinə səbəb olan məhkəmədir. Adam mülkünün sökülməsinə səbəb olan məhkəməyə söküntünün qanunsuz olması barədə şikayət etməlidir.

Təsəvvür edirsiz, necə acılacaqlı, analoqsuz vəziyyətdi? İnsan mülkünün dağıdılması ilə bağlı şikayəti mülkünü sökənlərə verməlidir. Edalətli məhkəmə olsa, təsəvvür edin öz binasının təməlinin qoyulmasının qanunsuz olması barədə qərar çıxartmalıdı. Simvolik bir şey çıxır ortaya, bu məhkəmənin təməlinin haqsızlıqla qoyulması. İndi baxın, onsuz da tərsə-mayallaq işləyən məhkəmələrimizin hakimləri öz oturduqları binanın ərazisinin genişləndirilməsi üçün sökülən mülklərin sahiblərinin xeyrinə qərar çıxardarlarmı? 



Analoqu olmayan inkişafın daha bir göstəricisi

2007-ci ildə bir qohumumuzun evi yanmışdı. Bir neçə gün əvvəl o hadisə ilə bağlı danışırdıq. Yanğın vaxtı ev təmiz külə dönmüşdü. Hadisə zamanı yanğınsöndürənə zəng edirlər. Yanğın başlayandan 50 dəqiqə sonra gəlir FHN. Evin böyük hissəsi yanıb qurtarır. Gec gələn yanğınsöndürənlər ev yiyəsindən pilləkən istəyirlər. Ev yiyəsi də deyir ki, su da verim?

Yoxsa yanğınsöndürənin 2007-ci ildə yanan evə gəlib pilləkən istəməsi də 92-93-ün nəticələridir? Uğursuz hakimiyyət siçanları da hələ danışırlar. 

Özünü "tupoy"luğa qoyan rəis


Dostlar, Gəncədə hansısa idarənin rəisi haqqında danışırdılar: 
- Əhməd idarə rəisidi. МГУ-nu qurtarıb. 
- Bəs nə yaxşı imkan verirlər işləməyə?
- Özunu tupoy aparır, ona görə 

"Şpaklyovka" icra başçısı


Gədəbəyin icra başçısının müavini Sədaqət (kişidir) dostları ilə görüşür. Tələbəlik illəri yada düşür və başlayır danışmağa: 
- Məni bir dəfə bilirsiz nəyə görə imtahandan çıxardıblar?
- Şpaklyovkanı çıxardırdım ki...

No comments:

Post a Comment