Wednesday 28 September 2011

Təhsildə rüşvət necə leqallaşdırılır?

"Təhsildə korrupsiya yox, leqal rüşvət" silsiləsindən I yazı
 Bütün təhsil ocaqlarında olduğu kimi Turizm İnstitutunda da əsaslandırılmadan təhsil haqları artırılıb. Bu artımdan yalnız bu il ali məktəblərə qəbul olan tələbələr yox, əvvəlki illərdə təhsil alan tələbələr də əziyyət çəkəcək. Belə ki əvvəlki illərdə qəbul olan tələbənin kəsiri olacaqsa, növbəti dəfə dərs götürmək üçün instituta qəbul olduğu ildəki qiymətlərlə yox, bu ilki təhsil haqqının qiyməti ilə pul ödəyib təhsilini davam etdirə biləcək. Yox, pul ödəmirsə, institutdan xaric edilir. Budur dövlət institutu?

Müqayisə üçün deyim ki, Türkiyədə dövlət univesiteti olan Ankara Universitetində yerli tələbələr üçün təhsil haqqı
150-300 AZN təşkil edir. Avropanın da bir sıra ölkələri var ki, onlarda təhsil ümumiyyətlə pulsuzdur. 

Bildiyiniz kimi təhsil haqları minimum 900, maksimum 2500 AZN müəyyən edildi. 2500 AZN qarşılığında nə tələbəni normal müəllimlərlə, nə normal dərsliklərlə, nə normal yataqxana ilə təmin edirlər. Deyəndə də deyirlər ki, kadr yoxdur. Hər tələbədən 1800-2500 AZN pul alan dövlət universiteti müəlliminə də ən azı ayda 500-1000 AZN maaş verməlidir. Amma gəlin görək müəllimin saatına Turizm İnstitutu nə qədər pul verir? 3 manat 5 qəpik. Tələbələrdən yığılan pulun xərclənməsi ilə bağlı heç bir şəffaflıq yoxdur.

Təsəvvur edin, 60 saatlıq dərs üçün tələbə instituta 124 azn, 90 saatlıq dərs üçün 183 azn, 150 saatlıq dərs üçün isə fantastik məbləğ - 310 azn pul ödəməlidir. Bu pulun necə ödənilməsi isə bütün bəşəri dəyərləri, humanizmi, qanunları exz etmiş institut rəhbərliyinin vecinə də deyil. Deyir get oğurluq elə, adam öldür, bank yar, amma bu qədər pulu ödə, gel dersə. Budur konstitusiyadaki "hər bir vətəndaşın təhsil almaq hüququ var" bəndi? Feodalizm dövrüdür? Ancaq orta əsr təfəkkürlü adamlar pulu olmadığına görə tələbəni institutdan xaric edə bilər. Minimum əməkhaqqının 95 manat olduğu ölkədə 2500 AZN təhsil haqqı olar? Bu suallara təbii ki, heç bir dövlət məmuru cavab vermir. 

No comments:

Post a Comment