Bu yaxınlarda yazdığım bloq qeydinə təkrar göz atanda fikirləşdim ki, mən niyə bu yazının adını "Mənim polisim məni bezdirib" qoymuşam? Axı bu polislərin mənə, bizə, insanlığa, ədalətə heç bir aidiyyatı yoxdur. İndiyə qədər nə vaxt bu qarınlı dayılar, qolu zorbalı ataabdullayevlər, barmaqsındıran süleymannemətovlar, mitinq qəhrəmanı vilayəteyvazovlar sadə vətəndaşların hüquqlarını qoruyub, təhlükəsizliklərini təmin ediblər? 2003-cü, 2005-ci illərdəki mitinqlərdən videolara baxanda dəhşətə gəlirəm. Sona qədər baxa bilmirəm.
Bu il baş verən bir qısa hadisəni yazmaq istəyirəm. Keçən il 30 apreldə ADNA-da baş verən terror hadisəsi ilə bagli Azad Gənclik Təşkilatı, Nida Vətəndaş Hərəkatı və 10 Dekabr Gənclər Təşkilatı anım təşkil etmişdi. Amma DİN əvvəldən elan etdiyimiz tədbirə mitinq adı qoyub anım keçirməyimizə əngəl yaratmaq istəyirdi (halbuki, mitinq keçirmək də bizim konstitusion hüququmuzdur). Biz də məcbur olub DİN-ə müraciət etdik ki, biz anım təşkil edirik, siz də bizim təhlükəsizliyimizi təmin edin. Müraciəti göndərəndən 2-3 gün sonra müraciətə imza atanlara Daxili İşlər Nazirliyindən zəng edib cavab verdilər guya. Bir polkovnik mənə zəng elədi və salam, sağ oldan sonra (nə yaxşı ki, onu etdi, gözləmirdim) dedi:
Bu il baş verən bir qısa hadisəni yazmaq istəyirəm. Keçən il 30 apreldə ADNA-da baş verən terror hadisəsi ilə bagli Azad Gənclik Təşkilatı, Nida Vətəndaş Hərəkatı və 10 Dekabr Gənclər Təşkilatı anım təşkil etmişdi. Amma DİN əvvəldən elan etdiyimiz tədbirə mitinq adı qoyub anım keçirməyimizə əngəl yaratmaq istəyirdi (halbuki, mitinq keçirmək də bizim konstitusion hüququmuzdur). Biz də məcbur olub DİN-ə müraciət etdik ki, biz anım təşkil edirik, siz də bizim təhlükəsizliyimizi təmin edin. Müraciəti göndərəndən 2-3 gün sonra müraciətə imza atanlara Daxili İşlər Nazirliyindən zəng edib cavab verdilər guya. Bir polkovnik mənə zəng elədi və salam, sağ oldan sonra (nə yaxşı ki, onu etdi, gözləmirdim) dedi:
- Həmin gün çıxmayın ADNA-nın qarşısına!
Mən:
- Niyə? Bu bizim hüququmuzdur axı, öldürülən yaşıdlarımızı, terror qurbanlarını anmaq istəyirik.
- Olmaz, icazəsizdir!!
- Deyirəm axi biz aksiya, mitinq keçirmirik, sadəcə terror qurbanlarını anmaq istəyirik. Buna da icazə almalıyıq?
- Həə, icazə almalısan! İcra hakimiyyəti icazə verməlidir. Həmin vaxt ora çıxsaz, məsuliyyəti sən daşıyacaqsan və səni də ordakıları da həbs edecəyik!
Biz 30 apreldə anımımızı etdik. Amma ölkənin o boyda zıppıltı nazirliyindən zəng edib vətəndaşını əsassız olaraq həbs etməklə hədələyən, qorxutmaq istəyən, təzyiq edən polisdən nə gözləyəsən? Bunlar nəinki vətəndaşlarının təhlükəsizliyini qoruyurlar, əksinə gənclərin cibinə narkotik atır, avtobus, mağaza şüşələrini sındırıb müxalifətçiləri həbs edir, evlərini sökdükləri insanları dubinkanın altına salır, vəhşilik edirlər.
Bəzən dostlarla oturub danışanda deyirlər ki, "Polislər də bizim qardaşımız, dostumuzdur. Onlardan heçnə asılı deyil. Sistem onları pis günə salıb".
Yadımdadır, 2005-ci ilin seçkidən əvvəlki mitinqlərində Qələbə meydanına 20 Yanvar metrosu tərəfdən gənclər yürüş edəndə Qələbə K/T yanında polislərin başına dövrə vuraraq "polis xalqla birlikdə", "qoşulun bizə" və s. kimi şüarlar səsləndirirdik. Ümid edirdik ki, sadə polislər həqiqətən xalqın tərəfindədir. Amma onlar bizə, sonra birlərinə baxıb gülürdülər. Elə bil 2005-ci il 26 Noyabrı gözləyirdilər. Biz onların haqqında "onlarda insandılar, bizim dostlarımız, tanışlarımız, qardaşlarımızdı" deyirdik, onlar isə həqiqəti bir daha bizə 26 Noyabrda göstərdilər.
Bizim qardaş deyə fikirləşdiyimiz qoluzorbalılar anaları yaşda qadınları dubinkanın altına salmışdılar. Mehman Əliyevin 6 yaşlı qızının ayağını sındırmışdılar. Belə qardaş, insan olar? Mən xatirlamıram ki, hansısa avtoritar, diktatura ölkəsində polis xalqın, ədalətin tərəfində olsun. Sona qədər kralın, diktatorun, sistemin yanında olub və demoktarik ölkə qurulmayana qədər olmur. Bizdə də onun kimidir. Ərəb ölkələrindəki inqilablar zamanı müəyyən yərlərdə ordu xalqın tərəfinə keçdi. Xalqa silah çevirmədilər. Çünki o əsgərlər, hərbiçilər xalqdan idilər, xalqın içindən çıxmışdılar. Amma polislər tamam başqa mühitdə uzun müddət qalıb xalqdan qopurlar.
Son inqilab dalğası zamanı onlar son ana qədər kralın, diktatorun yanında oldular. Misirdəki hadisələrdə bu lap aydın idi. Dəfələrlə polislə ordu arasında qarşıdurma oldu. Təhrir Meydanında mülki polislər etirazçıların üstünə hücumlar edirdilər. Baxin, bu esl polislerin sifeti, hereketi idi.
Bizim ölkədə də fərqlənmir polislər. Məhkəmələrdə aktivistlərin, bloqqerlərin, siyasi məhbusların üzünə duranların əksəriyyəti də xalqdan olmayan, xalqın iradəsinə zidd gedən polislərdir. Ona görə, məncə polisdən ümumiyyətlə nə humanistlik, nə xalqın yanında olmaq, nə də ki başqa şey gözləmək lazımdır. Hər addımda onları ifşa etmək, lazımdır.
Məncə, bu söhbət artıq kökündən bağlanmalıdır. Polis ümumiyyətlə, birmənalı olaraq insan deyil. Əgər kimsə əksinə düşünürsə gedib Psixologiya dərsliyində fərd, şəxsiyyət, fərdiyyət bölməsini vərəqləsin. İnsanın nə demək olduğunu bilsin, sonra da onu polislə müqayisə etsin. Bu söhbət bağlansın artıq. Azərbaycan polisindən nəsə gözləmək yersizdir. Hətta ağlasığmazdır.
ReplyDeletePolis xalqdan deyil, çünki polis insan deyil.