Saturday 1 October 2011

Analoqu olmayan neft ölkəsində təhsil pulsuz olmalıdır!

Təhsil haqlarının artması ilə bağlı qərar tələbəni boğur
"Təhsildə korrupsiya yox, leqal rüşvət" silsiləsindən II yazı

Rüşvət odur ki, müəllim tələbəni kəsir, sonra pul tələb edir və tələbənin qiymətini yazır. Leqal rüşvət odur ki, (bu dövlət universitetlərinə aiddir, çünki özəl universitetlər dövlət büdcəsindən maliyyələşmir və əsas gəlirləri təhsil haqqındandır)  təhsil ocağı bar-bar bağırır ki, bizdə rüşvət yoxdur. Amma tələbəni kəsmək üçün min hoqqadan çıxır (Turizm institutunda keçən semestr kafedra müdiri olan bir nəfər deyirdi ki, təxminən 1600 tələbənin ümumilikdə 7000 kəsiri var), sonra tələbəyə deyir ki, get bu bank hesabına (bu bank hesabı da bilinmir kimin hesabıdır, fiziki şəxsin hesabıdır, yoxsa hüquqi şəxsin), yaxud da dekan müavininə ödə, sonra yenidən kəsildiyin dərsi
keç.   


Leqal rüşvət görmək istəyən Azərbaycana gəlsin! 
 
Bu qədər böyük problemlərin olduğu institutda mən 4-cü ildi hansısa problemin kökündən həll edildiyini görmədim. Əksinə, tələbələrdən 4-5 qat daha çox pul almağa başladılar. Əvvəllər kreditin pulu 60-70 AZN idisə, indi 350-400 AZN-ə (artıq bu semestrdən) qədər qalxdı.

Hə, bundan sonra çıxıb ağıllı-ağıllı danışanlar da olacaq. Deyəcəklər ki, Avropaya inteqrasiya oluruq, oranın da təhsilində kredit, ödənişli təhsil söhbətləri var. Amma bu ağıllı adamlar bir şeyi unudurlar ki, avropalı ilə azərbaycanlının minimum əməkhaqqısı, yaşayış səviyyəsi, ona verilən təhsilin keyfiyyəti arasında dağlar qədər fərq var. 

Yaxın günlərdə Turizm İnstitutunda təhsil haqlarının artırılması ilə bağlı səlahiyyətli biri ilə müzakirəmiz oldu. Deyirəm:
  - Haqsızlıqdı, indiyə qədər kəsirlərin verilməsi ilə bağlı aşağı kurslarda dərsdə oturmaq pulsuz idi, indi nə baş verdi ki, buna görə də pul almağa başladınız. Bunu ki Taarif Şurası müəyyənləşdirməyib. Yay məktəbini başa düşdük, könüllüdür, kim istəyir pulunu ödəyir, tez müddətdə kəsirini verir. Bəs pulu olmayanlar nə etsin? İndiyə qədər bir şans varıydı, kəsiri olan tələbə növbəti il aşağı kurslarla oturub pulsuz dərslərini verə bilirdi.
Deyir:
  - Təhsil haqlarının artırılması bu qədər məcburi köçkünü oxutmaqla bağlıdır (mən kredit xərcləri ilə bağlı danışırdım, amma bu müəllim başqa şeydən danışırdı. İndiyə qədər guya məcburi köçkün oxumurmuş universitetlərdə).
 Deyirəm:
  - Ona görə büdcədən pul ayrılır, İlham Əliyev sərəncam imzalayır.
Deyir:
  - İnstituta məcburi köçkünlərlə bağlı pul vermirlər. Biz öz daxili büdcəmizdən ödəyirik onların xərclərini.

Azərbarcan Təhsilini belə bərbad hala salıblar. Hələ Turizm İnstitutu guya Azərbaycandakı təhsil ocaqları arasında dişə dəyənidir. Təhsildən danışırıqsa, belə təhsil olmur. Bu tələbənin qanını sovurmaqdır!

No comments:

Post a Comment