Thursday 12 January 2012

Ölkə daxilində olar, xaricdə olmaz, açması nədir? - Azərbaycan həqiqətləri!

"Mən ümumiyyətlə Azərbaycan kanallarına baxmıram"

Etiraf etmək lazımdır ki, AzTV 18 ildir öz işini layiqincə yerine yetirir. Hakimiyyətin propaqandası, korrupsiyaya bulaşmış təhsil sistemi yaratmaqla müəyyən bir manqurt təbəqə yetişib ki, Pider TV-nin, PAzTV-nin təsiri altındadırlar. Özləri bunu etiraf etməsə də, başqalarının yanında "Mən ümumiyyətlə Azərbaycan kanallarına baxmıram" desələr də, ağızlarını açıb "paztv" dili ilə danışmağa başlayanda hər şey aydın olur.
 


Elə bilirdim bu söhbətlər səngiyib. Amma son zamanlar bir neçə dəfə yenidən eşidənnən sonra fikirləşdim ki, hələ də aktualdı bu tezislər. Oğru yappilərin "həqiqət çemodanları"nda olan tezislərdən biri də budur: "Ölkə daxilində iqtidarı nə qədər tənqid edirsiz edin, amma xarici ölkələrə gedəndə hakimiyyəti tənqid edib, ölkədəki problemləri dilə gətirmək olmaz. Bu ölkənin imicinə zərbədir. Vətənimiz, canımız, qanımız Azərbaycanımız xaricdə pis tanınmasın."
Necə olur, İlham Əliyev, onun məmurları ölkənin imicini nəzərə almırlar, müsahibələrində ölkəni biabır edib, müxalifəti, bloqqerləri, müstəqil jurnalistləri, vətəndaşları aşağılayırlar, çamur atırlar, müstəqil düşüncəli təbəqəni heçə sayırlar, yalan məlumatlar verirlər, amma müstəqil fikirli, müxalifətçi insanlar xarici ölkələrdə Azərbaycandakı iyrənclikləri, özbaşınalıqları, kütləvi qanunpozuntularından danışanda bir qrup vətənşüvən anqırmağa başlayır ki, qoymayın, ölkəmizi hörmətdən salırlar!!
 Az qalırlar tumanlarını da başlarına keçirsinlər! 


Ölkəni əsil hörmətdən salan kimdir?

"Hörmətdən salmayın"ı düşünənsiz, buna birinci özünüz əməl edin, belə müqəddəs hakimiyyətə, yaparteidlərə deyin. Onlar fikirləşsinlər bu baradə. Ölkədəki vəziyyəti bu həddə çatdırmasınlar, ictimai-siyasi fiqurlar da danışmasınlar. Evi sökülən Əli Həsənovdur, Kəmaləddindir, Ramizdir, Ziyadir, yoxsa sadə vətəndaşlar? Minlərlə insanin evini əlindən alıb ölkənin müqəddəs, əl dəyilməmiş imicini hakimiyyət korlamırmı? 
Seçkiləri xarici müşahidəçilərin gözü qarşısında saxtalaşdıran, onları pis təəssüratla yola salan yaparteidler deyilmi? Yoxsa, bizim xəbərimiz yoxdu, bu işləri müstəqil bloqqerlər, həbsdə olan siyasi məhbuslar, müxalifətçilər edirlər? 
 


Sıravi vətəndaşların, müstəqil gənclərin, müxalifətçilərin ölkəyə "imicmeyker"lik etməyə nə öhtəlikləri, nə də ki borcları var. Bunu birinci növbədə hakimiyyətdə olan partiya fikirləşməlidir. 

Yox, bunu cəsarətiniz çatmırsa dilinizə gətirəsiz, yappilərə irad tutasız, tənqid edəsiz, onda xahiş edirik, həqiqətlərinizi özünüzə saxlayın. 

Bu hakimiyyət tərəfindən atılmış söhbətlərdən biridir. 

Həm də adam gərək nə qədər başı boş olsun ki, qapalı olmayan ölkədəki proseslərin xaricdən müşahidə oluna bilməməsini, ölkədəki özbaşınalıqlardan, vəziyyətin pis olmasından başqa ölkələrin vətəndaşlarının məlumatlarının olmamasını fikirləşsin?


Heç Şimali Koreya öz həqiqətlərini gizlədə bilmir

Dünyanın ən qapalı diktatura rejimi Şimali Koreyadır. Hətta bu ölkədə baş verən biabırçılıqlar, rejimin ibtidai hərəkətləri qapalı qalmır.

Şimali Koreya əhalisinin nə başqa ölkələrə çıxışı var, nə onlar azərbaycanlıların Tiflisə treyninqlərə getdiyi kimi Rusiyaya, Çinə, Yaponyaya treyninqlərə gedə bilirlər, nə də ki, internetdən xarici ölkələrin vətəndaşları ilə ünsiyyət qura bilirlər ki, Şimali Koreya həqiqətlərini başqa ölkələrə çatdırsınlar. 

Bəs necə olur ki, Şimali Koreyanın imici POX günündədir? Yəni, həqiqətən də mümkündür ki, ölkədə insan haqlarının, mülkiyyət toxunulmazlığının, ifadə azadlığının, sosial rifahın vəziyyəti pis olsun, amma ölkənin dünyada imici yaxşı? 



No comments:

Post a Comment