11 mart gənclərin aksiyasında həbs olunanlardan biri də mən idim. 7 sutka inzibati həbs almışdım. "Polisin qanuni əmrlərinə tabe olmamaq" maddəsi ilə :)).
1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi iyulun 5-i saat 11:30-da məhkəmə təyin etdi. saat 11:30-da getdim katibliyə, hakim Sevinc Abdiyevanın köməkçisi məni şortikdə görüb dedi ki,
"belə məhkəməyə girmək olmaz. şortikinizi dəyişib, şalvar geyinib gəlin, hakimə hörmətsizlikdir bu. Qadınlar var, qızlar var."
Bizim məhkəmələrin