Qısa tərcümeyi-halım
1987-ci ildə Gəncə şəhərində anadan olmuşam. Orta məktəbi Gəncədə oxumuşam və 2005-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasınin "İqtisadiyyat, BİM və Menecment" fakultəsinə daxil olmuşam. II kursda oxuyanda ictimai-siyasi fəaliyyətimə görə akademiyadan xaric olunmuşam. 2008-ci ildə yenidən imtahan verərək Azərbaycan Turizm İnstitutuna qəbul olmuşam.
İndiyə qədərki fəaliyyətim:
2005-ci ildən ictimai-siyasi sektordayam. İlk fəaliyyətim Dalğa Gənclər Hərəkatından başlayıb.
2006-cı ilin oktyabrında həmin hərəkatın sədri seçilmişəm və 2007-ci ilin oktyabrına qədər təşkilatda olan aktiv gənclərlə bir il müddətində təşkiatın tanınması, gənclərin aktivliyinin artırılması üçün müəyyən qədər işlər gördük.
2008-cu ildə bir qrup gənclə Yaşıl Velosipedçilər Klubunu yaratdıq və il yarım YVK-nın İdarə heyyətinin üzvü oldum.
2010-cu ilin aprelindən dekabrınadək Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin regionlarla iş üzrə meneceri işləmişəm.
2011-ci ilin yanvarında da 5 tələbə ilə Azad Gənclik Təşkilatını təsis etdik və 2012-ci ilin yanvarına qədər təşkilatın sədri oldum.
Hazırda Azərbaycan Turizm İnstitutunda təhsil alıram və institutumuzu hüquqlarımı pozduğuna görə məhkəməyə vermişəm :).
Sədr seçiləcəyim halda fəaliyyətimin qısa təsviri:
- İndiyə qədərki işlərin davam etdirilməsi və təkmilləşdirilməsi:
- Mühazirələr;
- Film Nümayişləri;
- Videoroliklər, sorğular;
- Flaşmoblar;
- Aksiyalar
- Kitab müzakirələri;
- "Twitterdə cavab verəcəm" kampaniyası;
- Party-lərin təşkil olunması;
- ictimai-siyasi, ədəbi, incəsənət, artla bağlı məqalələrin, yazıların tərcümə edilərək yayılması;
- Gənc qadınların aktivliyinin artırılması;
- Gənclərin tribunası olacaq bir saytın yaradılması;
Bununla bağlı müəyyən işlər görülüb, demək olar ki, yalnız texniki məsələlər qalıb.
- Beynəlxalq təşkilatlarla əlaqələrin gücləndirilməsi;
- Üzvlərin bilik və bacarıqlarının artırılması ilə bağlı təlimlərin, treyninqlərin təşkil edilməsi;
Bununla bağlı artıq bir neçə yerli QHT nümayəndələri ilə danışıqlar olub.
- Fəaliyyətin davamlı olması üçün maliyyənin cəlb olunması;
Hazırda bəzi layihələrin ideyaları üzərində iş gedir.
- Strukturdakı boşluqların doldurulması və daha təşkil olunmuş fəaliyyət:
Struktur işlək olmasa komanda işindən danışmaq yersizdir. Ona görə mənim əsas məqsədlərimdən biri də işlək bir strukturun yaradılmasıdır.
- Cəmiyyətə yeni simaların, kadrların təqdim olunması;
- İndiyə qədərki təcrübəmdə qazandığım əlaqələrdən, tanışlıqlardan istifadə edərək təşkilatın tanınmasına, fəaliyyətinin genişlənməsinə, daha çox insanın dəstəyinin qazanılmasına çalışacağam;
- Regionlarda təşkilatın strukturlarının yaradılması istiqamətində iş görmək;
- Təşkilatın indiyə qədər əsas istiqaməti maarifləndirilmə idi, bundan sonra da əsas istiqamət maarifləndirmə olacaq.
No comments:
Post a Comment