Showing posts with label twitter twitterdə cavab verəcəm bloqosfer rauf ray mardiyev internet ceyhun osmanlı klounada sürət begemot quş Əziz Elxanoğlu Mehman Hüseynov mürid. Show all posts
Showing posts with label twitter twitterdə cavab verəcəm bloqosfer rauf ray mardiyev internet ceyhun osmanlı klounada sürət begemot quş Əziz Elxanoğlu Mehman Hüseynov mürid. Show all posts

Thursday, 8 September 2011

Rauf Mardiyevin müridləri

#twitterdecavabverecem silsiləsindən II yazı
Raufun  twitter-dəki  hadisəyə səbəb olan postu

Son günlərin demək olar ki, ən çox danışılan söhbət "Bloqosfer"dəki "Mən buna twitterdə cavab verəcəm" hadisəsidir. İrəli əlində olan media resusrlarından istifadə edərək Raufu təmizə çıxartmaq istəyir, Bloqosferi isə günahkar çıxartmaq istəyirlər (Halbuki Bloqosfer təşkilatçılarının məsələyə dəxli yoxdur. Onlar kifayət qədər tərəfsiz qalmağa çalışırlar). Gah radiolarında kimlərisə danışırdırırlar, gah saytlarında münasibət alırlar, gah da bloqlarında yazırlar. Guya iştirakçı kimi münasibət bildirirlər. Hətta İrəlinin bir dahisi belə bir münasibət bildirib: Bu müxalif fikirli gənclərin dözümsüzlüyünün və qərəzliliyinin pərdələnmiş formada nümayişi. Bu irəliçi hətta müsahibəsində deyib ki, Rauf Bloqosferi klounada adlandırmayıb. Forum başlayanda "Klounada başlayır" yazmaq nə deməkdir bəs?