Wednesday 6 July 2011

Şortikdə məhkəməyə giriş qadağandır?!

11 mart gənclərin aksiyasında həbs olunanlardan biri də mən idim. 7 sutka inzibati həbs almışdım. "Polisin qanuni əmrlərinə tabe olmamaq" maddəsi ilə :)). 
Aprel ayında Turizm İnstitutunda sessiyamız başlayanda məni 2 fəndən imtahana buraxmadılar. Əsas da gətirdilər ki, 11-18 mart ayında qaiblərim imkan vermir imtahana girməyə. Dekanla neçə dəfə danışdım, başa salmağa çalışdım ki, mənim o dərslərdə iştirak etməməyimin səbəbi var. Məhkəmə qərarını instituta verdim. Yenə buraxmadılar. Rektorda biganə qaldı məsələyə. Nəticə, İntiqam bəylə məsləhətləşib məhkəmə şikayət etməli oldum.  

1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi iyulun 5-i saat 11:30-da məhkəmə təyin etdi. saat 11:30-da  getdim katibliyə, hakim Sevinc Abdiyevanın köməkçisi məni şortikdə görüb dedi ki, 
"belə məhkəməyə girmək olmaz. şortikinizi dəyişib, şalvar geyinib gəlin, hakimə hörmətsizlikdir bu. Qadınlar var, qızlar var." 

Bizim məhkəmələrin
hansı vəziyyət olduğunu hamımız bilirik. Məhkəmə işçisi demir e şortik geyinmək MƏHKƏMƏYƏ hörmətsizlikdir, deyir bu qadın HAKİMƏ hörmətsizlikdir. :)) 
Görmüşük ki, məhkəmələr ancaq qanunlara istinad edər, onları əsas götürər. Bizim məhkəmələr də mentalitetlə işləyir, qanunlarla yox, qeyri-müəyyən "maddələri" olan mentalitet mücəssəməsini əsas götürür. 
Şortikə görə məhkəməni saat 2-yə təxirə saldılar. Heç bir qaydasız-qanunsuz.

Bizdə məhkəmələr həm də şifahi işləyirlər axı. Məsələn, prezident aparatından, nazirliklərdən, gələn şifahi sifarişlərlə.

Bu katib qardaş da hakimin otağın 3-4 dəfə girib çıxandan sonra heç bir əsas göstərmədən şifahi şəkildə bildirdi ki, məhkəmə 2-yə təxirə salınır. Sonda da dedi ki, şortiki dəyiş gəl. Mən də Həzrəti Sərxanla getdik Cavid bağına vaxt keçirtməyə. Saat 2də Təbriz, Sərxan və mən getdik məhkəməyə. Katibliyin otağının qabağında köməkçi məni görəndə elə bil onu bir dəfə divara çırpdılar. Gözləri bərələ qaldı. Şortikə baxıb dedi düşün aşağıdakı zala. 

Məhkəmə başladı, 5-10 dəqiqə davam etdi. Qərar verildi ki, aidiyyatı üzrə Nərimanov məhkəməsində baxılmalıdır, ona görə ora göndəriləcək. Məhkəmə qurtarandan sonra köməkçi soruşdu ki, bəs demişdik şalvar geyinin axı,mən də dedim ki, getdim və gördüm ev yoldaşım şalvarımı geyinib çıxıb, mən də belə qayıdası oldum. Köməkçinin özü də gördü ki, dolayırıq onu, heçnə demədi :))



2 comments:

  1. Görəsən hakim kişi olsa idi, köməkçi yenə deyərdi ki, ayıbdı?! :D

    ReplyDelete
  2. Onda da bosh beynine gore bir shey tapib deyesiydin

    ReplyDelete