Saturday 17 September 2011

Xarici siyasətimizin prioritetləri || yerdəyişmə, dubinka, kurort...

Azərbaycanda tez-tez səfirlərin dəyişdiyini şahidi oluruq. Tək səfirlərin yox, ümumiyyətlə yerdəyişmə siyasəti İlham Əliyevin prioritetlərindəndir. İcra başçıları, səfirlər, "jek" müdirləri,  məktəb direktorları, nazir müavinləri, nazirlər... 

Dünən oxudum ki, Tamerlan Qarayev İndoneziyaya, İndoneziyadakı səfirimiz İbrahim Hacıyev isə Tamerlan Qarayevin yerinə səfir təyin edilib. Bu məlumatı oxuyandan sonra belə qərara gəldim ki, yəqin səfirlər İlham Əliyevdən xahiş edirlər: "cənab prezindent, buranı gəzdik, kurorta getdik, istirahət elədik, xahiş edirik, bizə şərait yaradın başqa ölkəyə gedib ahıl yaşımızda istirahətimizi davam etdirək." 

Bizim səfirlər elə bil qitə, materik, yaxud da dünya turuna çıxıblar. Ölkələri gəzib isirahət edirlər. Onsuzda elə bil uğurlu xarici siyasətimizin olmadığı əksəriyyətimiz bilirik. Səfirlərimizin çoxunun da diplomat olmadığı, əvvəl hansısa yüksək vəzifədə olduğu, səfir göndəriləndə isə yararlılıq müddətlərinin bitdiyindən, yaxud da ölkədə təhlükəli olduqlarından səfir göndərildikləri gün kimi aydındır. Bizim xarici ölkələrdə təmsil edən səfirlər əvvəllər adam döyənlərin başında duran olublar. Görəsən onlar xarici siyasətimizi də yumruq, təpik, şağalaq, dubinka ilə təmsil edirlər? 

Bizim diplomatlara baxın, biri əvvəllər polis rəisi olub (Məhərrəm Əliyev), biri KQBşnik (Namiq Abbasov), biri prokuror (Eldar Həsənov), biri əmək və əhalinin sosial müdafiəçisi (Əli Nağıyev). 

2 comments:

  1. Amma Vilayet Eyvazov-u o siyahiya daxil deyil. Chunku aralarinda en babati o idi

    ReplyDelete
  2. Bəli, daxil deyil. O nisbətən normaldı, ona görə :)

    ReplyDelete